Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən Tulça rayonuna naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
Milli.Az xəbər verir ki, bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb.
Məlumata görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi Tulça rayonunun şimalında, Rumıniya-Ukrayna su sərhədinin yaxınlığında Ukraynada obyekt və infrastruktura PUA hücumlarının həyata keçirildiyini qeydə alıb.
Saat 05:00 radələrində PUA-nın Tulça rayonunun Plauru kəndi ərazisinə düşdüyü müəyyən edilib. Hadisə nəticəsində yanğın baş verib.
Bildirilib ki, yanğın zamanı insanlar xəsarət almayıb, hər hansı obyektə də ziyan dəyməyib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar üzrə İnspektoratın və Müdafiə Nazirliyinin bölmələri cəlb olunub.
Qeyd edək ki, sentyabrın 24-də də başqa bir PUA Rumıniya ərazisinə düşmüşdü.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)