Ukrayna ilin sonuna qədər Aİ dən milyardlarla avro almağı hədəfləyir

09.07.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna ilin sonuna qədər Avropa İttifaqından təxminən 20 milyard avro yardım almağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

"Ukrayna hökuməti ilin sonuna qədər Aİ-dən daha 20,1 milyard avro büdcə dəstəyi almağı planlaşdırır",- açıqlamada deyilir.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqının üç il ərzində Ukraynaya ayırdığı büdcə dəstəyi 52,5 milyard avroya çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью