Ukrayna ilk dəfə bu bombalardan istifadə etdi

03.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Su-25 hücum təyyarələri ilk dəfə yüksək dəqiqlikli “Hammer” (Armement Air-Sol Modulaire) bombalarından istifadə edib.

Axar.az xəbər verir ki, “War Zone” məlumat yayıb.

“Bu silah Ukrayna Hərbi Hava Qüvvələrinə Rusiya hədəflərinə, o cümlədən cəbhə xəttindən uzaqda olan hədəflərə dəqiq zərbələr endirmək imkanı verir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Fransa hər ay Ukraynaya 50-yə qədər belə bomba verir və onlar təkcə Su-25-lə deyil, həm də MiQ-29 və Su-27 qırıcılarında da istifadə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью