Ukrayna ilk dəfə Fransanın verdiyi təyyarələrdən istifadə etdi

07.03.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın Ukraynaya verdiyi “Mirage 2000” döyüş təyyarələrindən ilk dəfə Rusiyanın raket hücumunun qarşısını almaq üçün istifadə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Ordusu Hərbi Hava Qüvvələrinin teleqram hesabında məlumat verilib. Həmçinin bildirilib ki, Rusiya ordusu ölkənin müxtəlif bölgələrinə hava hücumları təşkil edib. Hücumda 67 müxtəlif tipli raketdən və 194 pilotsuz uçuş aparatından istifadə edildiyi, 34 raket və 100 PUA-nın Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Qeyd edək ki, Fransa Ukraynaya F-16 və “Mirage 2000” döyüş təyyarələri vermişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью