Ukrayna İsraildən “Patriot” alır

04.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ukrayna İsraildə yerləşdirilən “Patriot” hava hücumundan müdafiə sistemi alacaq.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” amerikalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, köhnə modellərdən olan sistem təmirdən sonra yayda İsraildən Ukraynaya göndəriləcək.

Bundan başqa, Almaniya və ya Yunanıstandan da daha bir “Patriot”un Ukraynaya göndəriləcəyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью