Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda Kiyev rəhbərliyinin Donbasdan imtina etməyə razılaşdığını iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, Mendel Zelenskinin bu məsələdə mövqeyinin ziddiyyətli olduğunu bildirib.
Amerikalı jurnalist Taker Karlsona danışan Yuliya Mendel 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında keçirilən İstanbul danışıqları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Mendel bu məlumatı kimdən aldığını açıqlamayıb.
Keçmiş mətbuat katibi Zelenskinin həmin mövqeyinin arxasında müharibəni bitirmək istəyinin dayandığını deyib:
“Həmin dövrdə Ukraynanı danışıqlar masasında təmsil edən şəxslərlə danışdım. Onlar mənə hər şeyi detallı şəkildə izah etdilər. Hər şeylə razılaşmışdılar. Daha da önəmlisi, Zelenskinin şəxsən Donbasın verilməsini təsdiqlədiyini söylədilər”.
Lakin Mendel vurğulayıb ki, Ukrayna lideri bu gün tamamilə fərqli mövqe sərgiləyir:
“Donbasdan imtina etmək müharibənin başa çatması demək idi. Buna görə Zelenski buna razı olmuşdu. İndi isə milyonlarla insanın qarşısında "Donbası verə bilmərəm" deyir. Görürsünüz, bu ziddiyyətlidir. Daim mövqeyini dəyişir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında İstanbul danışıqları 2022-ci ilin fevralında başlayan müharibənin ilk aylarında intensiv şəkildə aparılmış, hətta tərəflərin bəzi maddələr üzrə ilkin razılığa gəldiyi iddia olunmuşdu. Lakin danışıqlar uğursuzluqla nəticələnmiş, Kiyev və Moskva bir-birini prosesi pozmaqda ittiham etmişdi.
Mendelin iddiaları Zelenskinin müharibənin əvvəlində ərazi güzəştlərinə daha isti yanaşdığı, lakin sonradan Qərbin dəstəyi ilə mövqeyini dəyişdiyi barədə fikirləri yenidən gündəmə gətirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin