Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ukrayna və İsveç 16 ədəd “Qripen E” qırıcı təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıblar.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, qırıcı təyyarələrin Kiyevə çatdırılması 2029-cu ildən tez başlamayacaq.
Saziş Zelenski ilə İsveçin müdafiə naziri Pol Conson arasında Kiyevdə keçirilən görüş zamanı imzalanıb.
Qeyd edək ki, satınalma AB krediti və Böyük Britaniyanın dəstəyi ilə maliyyələşdiriləcək.