Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova qarşı hərbi cinayətlər maddəsi üzrə şübhəli bilinməsi barədə məlumat yayıb.
Oxu.Az bu barədə UTX-nin "Telegram" kanalına istinadla xəbər verir.
"UTX müstəntiqləri yeni sübutlara əsaslanaraq, Kadırova Cinayət Məcəlləsinin 4-cü maddəsinin, 38-ci maddəsinin 1-ci hissəsi (müharibə cinayətləri) üzrə şübhəli bilinməsi barədə qiyabi xəbər veriblər", - məlumatda bildirilib.
Həmçinin qeyd olunur ki, Kadırovun bəzi bəyanatları Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun normalarına əsasən, silahlı münaqişələrdə tətbiq edilən müharibə qanunlarını və adətlərini pozur.