Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın son addımlarına və bəyanatlarına baxmayaraq, Ukrayna kapitulyasiya etməyəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın çevrəsindən olan mənbə "RBC-Ukraine" agentliyinə bildirib.
Mənbə "The Atlantic" nəşrində dərc olunan və Vaşinqtonun mövqeyinə görə Ukraynanın sülh üçün müraciət etmək məcburiyyətində qala biləcəyindən bəhs edən məqaləni şərh edib.
"Bu, hansısa cəfəngiyyatdır. Onlara bunu kimin dediyini bilmirəm", - deyə "RBC-Ukraine"nin həmsöhbəti vurğulayıb.
Xatırladaq ki, jurnalist Saymon Şuster məqaləsində Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında olduğu iddia edilən "dizel sövdələşməsi"nin Zelenskinin komandasının bəzi üzvləri üçün qələbəyə olan əsas ümidin sonu olduğunu yazıb.
Şusterin sözlərinə görə, adı açıqlanmayan ukraynalı məmur ona bildirib ki, ABŞ Rusiyanın tərəfinə keçərsə, Ukraynanın "eskalasiyanı dayandırmaqdan və sülh dilənməkdən başqa seçimi qalmayacaq".
"The Atlantic" nəşri həmin mənbənin sözlərini də sitat gətirib:
"İndi başa düşürük ki, Rusiya mürəkkəb iqtisadi vəziyyətə görə çökməyəcək. Bu o deməkdir ki, biz strategiyamızı dəyişməliyik. Rusiya çökməyəcək, ən azı indiki mərhələdə".