Ukrayna kəşfiyyatı rusiyalı zabiti aradan götürüb

25.03.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ukrayna kəşfiyyatçıları cəbhədə Rusiya Federasiyasının batalyon komandirinin müavinini məhv edib.
Reyting.az
-ın məlumatına görə, Ukrayna tərəfi bəyan edib ki, kəşfiyyatçılar Rusiyanın 52034 saylı hərbi hissəsinin tabor komandirinin müavinini sıradan çıxarıblar.
Qeyd edilib ki, söhbət Rusiya vətəndaşı Yuri Lomkindən gedir. Onun hansı şəraitdə öldüyü hələlik məlum deyil, lakin görünür, bu, Xarkov vilayətində - Kupyansk istiqamətində baş verib.
Bundan əvvəl Ukraynaya qarşı müharibədə “İzvestiya”nın ştatdankənar müxbiri Aleksandr Martemyanov həlak olub. Bu, Donetsk-Qorlovka avtomobil yolunda avtomobil idarə edərkən baş verib. Daha sonra beş nəfər yaralanıb.

ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью