Ukrayna kəşfiyyatı Rusiyanın neft terminallarını iflic edib

25.09.2025

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Ukrayna kəşfiyyatı Rusiyada neft terminallarının işini işini iflic edib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin dəniz dronları sentyabrın 24-də Novorossiysk və Tuapse limanlarına hücum edib.
Bu barədə "Hromadske" portalı güc strukturlarındakı mənbələrə istinadla məlumat verib. Mənbələrin məlumatına görə, zərbələr nəticəsində "Transneft" neft kompleksinin və Xəzər boru kəmərləri konsorsiumunun Novorossiysk yaxınlığındakı terminalının işi pozulub. Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiyanın “kölgə donanması”na məxsus tankerlər məhz bu qurğular vasitəsilə yüklənir.
Bundan əlavə, Ukrayna kəşfiyyatı Tuapse limanında neft estakadasının sökülməsi barədə məlumat verib. Xəbərdə bildirlir ki, bu qurğuların ümumi gücü sutkada iki milyon barrelə qədər neft ixrac etməyə imkan verir.
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью