Ukrayna klubundan Neftçi yə: Vernidubdan transfer həmləsi

25.12.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Neftçi” heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirə bilər.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın "Polesya" klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.

Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.

Danilo daha əvvəl 2024-cü ildə “Krivbass”da Yuri Vernidubla çalışıb. Vernidub indi sabiq tələbəsini “Neftçi”yə gətirmək niyyətindədir.

Müdafiəçi bu mövsüm "Polesya"nın heyətində 9 oyuna çıxıb.
“Transfermarkt”da dəyəri 600 min avro olan futbolçu Ukraynanın U-20 yığmasının da formasını geyinib.

“Səbail” autsayderə uduzdu “Qarabağ”ın futbolçusu oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV Millinin üzvü “Qarabağ”a təklif olunub Seymur Məmmədov mükafatlandırılıb Azərbaycan 2-ci Liqasının ən yaxşı bombardirləri müəyyənləşib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью