Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Şaxtyor"un cinah oyunçusu Alisson PSJ-yə keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur "X" sosial media hesabında paylaşım edib.
Paris klubu, əsas cinah oyunçuları Dezire Due və Xviça Kvaratsxeliyanın zədələnməsindən sonra 21 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Bildirilir ki, braziliyalı oyunçu PSJ-nin skautlarının diqqətini çəkib.
Kvaratsxeliya çarpaz bağlarının qopması səbəbindən oktyabr ayından bəri yaşıl meydanlardan uzaq qalıb. Duenin də eyni zədəni aldığı təsdiqlənib. Hər iki futbolçunun mövsümün qalan hissəsini buraxmaq ehtimalı var.
Alisson cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. O, bu yaxınlarda Yaponiya və Sinqapura qarşı yoldaşlıq görüşlərində Braziliya millisinin heyətində debüt edib.
Qeyd edək ki, PSJ hazırda Fransa çempionatına liderlik edir, həmçinin Çempionlar Liqasının liqa mərhələsində də turnir cədvəlinin zirvəsində qərarlaşıb.