Ukrayna klubunun futbolçusu 25 yaşında dünyasını dəyişib

06.08.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 avqust, AZƏRTAC

Ukraynanın "Zorya" komandasının yarımmüdafiəçisi Vladimir Belotserkovets 25 yaşında dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Oyunçu “Zorya”nın heyətində 11 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью