futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın “Krivbass” klubunun futbolçusu Daniel Sosa karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 26 yaşlı hücumçu Premyer Liqadan təklif alıb. Bu barədə ukraynalı jurnalist Mixail Spivakovski məlumat yayıb.
Təklif göndərən klubun adı açıqlanmayıb.
Sosa bu mövsüm Ukrayna çempionatında 20 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi mövsümün sonuna kimidir.