Ukrayna Kremlin trollarını “söndürdü”

12.10.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Putinin təbliğatına güclü zərbə...

...Müharibənin beş ili keçməsinə baxmayaraq, təbliğatçı Vladimir Solovyov Rusiyanın hava hücumundan müdafiə sistemlərinin uğursuzluğunda kimin günahkar olduğunu soruşmağa davam edir. Ukraynanın İT nəhəngi “Yandex”-in məlumat mərkəzlərinə zərbələrindən sonra o, yenidən araşdırma tələb edir.

SİA-nın əldə etdiyi məlumata görə, Dialog.UA xəbər verir ki, təbliğatçı özünün "Solovyov Live" verilişində ehtiraslı çıxışını edib.

...Hə, SİA xatırladır ki, Vladimir Rudolfoviç,.. Solovyovu deyirəm,.. bununla bağlı dünən yaman hay-həşir salmışdı.

Yuxarıda dediklərim dünən idi, bu gün isə...

Reallıq budur ki, Ukrayna Kremlin informasiya siyasəti və təbliğat alətlərindən birini söndürüb.

Yəni “Yandex” məlumat mərkəzlərinə Ukrayna hücumları nəticəsində son bir neçə gündə Rusiya bot trafiki kəskin şəkildə azalıb.

Bu barədə Tom's Hardware onlayn kompüter nəşri Cloudflare məlumatlarına istinadən məlumat verib. Cloudflare statistikasına görə, “Yandex” şəbəkəsindən bot trafiki son iki həftə ərzində qeydə alınan maksimum HTTP sorğularının 0,4 faizinə düşüb.

Bu göstəricidə ilk əhəmiyyətli azalma 8 oktyabrda, trafik təxminən 57 faizə düşdüyü zaman qeydə alınıb.

Bu, iki superkompüterin yerləşdiyi Ryazan vilayətinin Sasovo şəhərindəki “Yandex” məlumat mərkəzinə edilən hücumdan sonra baş verib.

Daha sonra Sasovadan təxminən 354 km qərbdə yerləşən Kaluqada başqa bir böyük “Yandex” kompleksi söndürülüb. Bu arada, beynəlxalq internet monitorinq təşkilatı NetBlocks, Yandex Cloud-un şəbəkə trafikinin normal səviyyələrin 30 faizinə, “Yandex OOO”-nun isə 63 faizinə düşdüyünü bildirib.

Bu, çox güman ki, ruslar üçün internet xidmətlərinə çıxışın yavaşlamasına və ya tamamilə kəsilməsinə səbəb olacaq.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью