​Ukrayna Krım körpüsünü yenə vurdu Üçtərəfli görüş ərəfəsində daha bir “sürpriz”

19.11.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ötən gecə Ukrayna qüvvələri növbəti dəfə Krım körpüsünə zərbə endirib. Bu, artıq son bir neçə gün ərzində körpüyə vurulan üçüncü zərbədir.

"Körpüdə hərəkət müvəqqəti olaraq bağlanıb. Bütün məsul xidmətlər öz vəzifələrini yerinə yetirirlər. Zərərin qiymətləndirilməsi aparılır". 

“AzPoliotika” xəbər verir ki, yarımadanın Rusiyadan təyin olunmuş rəhbəri Sergey Aksyonovun mediada yayımlanan paylaşımında belə deyilir.

Ukraynanın monitorinq kanalı “Exilenova+”-nın məlumatına görə, körpü raketlərlə vurulub. Digər bir Ukrayna kanalı olan “Krımskiy Veter” körpünün dəmir yolu hissəsinə iki zərbənin dəydiyini iddia edir. Hələlik bunu təsdiqləyən heç bir foto və ya video yayımlanmayıb.

Qeyd edək ki, bundan öncə körpüyə 16 və 17 noyabr gecələri zərbə endirilmişdi. Birinci hücumdan sonra körpünün avtomobil yolu hissəsindəki 227 metrlik arka dron zərbəsi ilə 15 dərəcə əyilmişdi. “Flamingo” qanadlı raketlərindən istifadə edilən ikinci hücumdan sonra arka avtomobil yolu ilə birlikdə dağılaraq suya düşüb. Zərbənin 270 metrdən çox yol səthini dağıtdığı bildirilir.

Qeyd edək ki, bu hücumlar Rusiya, ABŞ və Çin liderlərinin - Vladimir Putin, Donald Tramp və Si Cinpinin Şençjendə keçirilən APEC sammiti çərçivəsində üçtərəfli görüşü ərəfəsində baş verib.

Krım körpüsünün dağılmasından sonra Rusiya hökuməti onun bərpasını müzakirə etmək üçün təcili iclas keçirib. Baş nazirin müavini Andrey Nikitin təmir işlərinin "qısa müddətdə" başa çatdırıla biləcəyini bildirib, lakin konkret tarix açıqlamayıb. Ancaq bir çox mütəxəssislər Ukraynanın körpüdə təmir işlərinə imkan verməyəcəyini bildirirlər və qeyd edirlər ki, müharibə bitənə qədər körpünün tam bərpası olduqça çətin olacaq. Bu gecə endirilən zərbə həmin iddiaları təsdiqləyir.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью