Ukrayna Krım körpüsünü yenidən vurdu Zelenski detalları açıqladı

17.11.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Rusiyanın ilhaq etdiyi Krımı ölkənin materik hissəsi ilə birləşdirən Krım körpüsünə yeni hücum həyata keçirib.

Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatı misli görünməmiş hadisə kimi qiymətləndirib. Hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb, Rusiya tərəfi isə bərpa işlərinə başlayıb.
Zelenski hücumun yeddi mərhələli əməliyyat şəklində həyata keçirildiyini açıqlayıb.
Rusiya tərəfindən ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünü hədəf aldığını təsdiqləyib. O, sosial şəbəkə hesabında körpüdə nəqliyyatın hərəkətinin dayandırıldığını bildirib.
Aksyonov Krım sakinlərini körpüdən istifadə etməməyə çağırıb.
Rusiya İstintaq Komitəsi isə hadisə ilə bağlı “terror aktı” maddəsi üzrə cinayət işi açıldığını açıqlayıb.
Aytən Yaşar/Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью