Ukrayna Krımda Rusiyanın raket kompleksini vurdu VİDEO

21.08.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Hərbi Dəniz Qüvvələri Krımdakı Rusiyanın sahilyanı raket kompleksinin buraxılış mövqeləri və dislokasiya məntəqəsinə zərbə endirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, avqustun 16-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinə məxsus bölmələr Krımda Rusiyanın “Bastion” sahilyanı raket komplekslərinin yerləşdiyi əraziyə və buraxılış mövqelərinə zərbələr endirib.

Hücum nəticəsində Rusiya tərəfi silah və şəxsi heyət baxımından ciddi itkilər verib.

Qeyd edək ki, “Bastion” komplekslərindən “Oniks” və “Sirkon” raketlərinin buraxılması üçün istifadə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью