Ukrayna Kursk bölgəsində 80 dronu VURDU

22.03.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Kursk bölgəsinin tərk edilmiş ərazilərinə 55 artilleriya hücumu həyata keçirib, həmçinin bölgədə 80 dron vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Xinşteyn “Max” kanalına açıqlamasında bildirib.

O, dron hücumları nəticəsində heç bir itki və ya xəsarət almadığını qeyd edərək yazıb: "Ümumilikdə, müxtəlif tipli 80 düşmən dronu vurulub. Düşmən boşaldılmış ərazilərə 55 dəfə artilleriyadan istifadə edib. Beş dəfə dronlar ərazimizə partlayıcı qurğular ataraq hücum edib".

Xinşteyn əlavə edib ki, Kurskda dron hücumları nəticəsində beş avtomobil və bir fərdi evə ziyan dəyib. Həmçinin, Oboyanski rayonunun Başkatovo kəndində elektrik xətti zədələnib və elektrik təchizatı dayandırılıb, hazırda bərpa olunub.

Aminə ŞAHSUVARQIZI

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью