Ukrayna Kursk istiqamətində 360 dan çox hərbçisini itirdi

25.01.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son 24 saat ərzində Ukrayna qoşunları Kursk istiqamətində 360-dan çox hərbçi itirib, 5-i təslim olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 360-dan çox hərbçi, 1 tank, 9 zirehli döyüş maşını, 27 texnika, özüyeriyən artilleriya qurğusu, iki minaatan, bir elektron döyüş stansiyası, o cümlədən 6 PUA təşkil edib.

Nəzarət postları və silah-sursat anbarı aşkarlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью