Ukrayna Kurskda hücuma keçdi: Şiddətli döyüşlər gedir

06.02.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində yeni hücuma başlayıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Z əməliyyatı: Rus baharının müharibə müxbirləri" (RV) Telegram kanalı məlumat yayıb.

Hərbi müxbirlərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri fevralın 6-da səhər saatlarında hücum əməliyyatlarına başlayıb. Ukrayna əsgərləri Plexovo qəsəbəsinə çatmağa çalışırlar.

Jurnalistlər yazır ki, Ukrayna Silahlı Qüvvələri zirehli texnikanı önə çıxarıblar. Onların qarşısında isə minalardan təmizləyici maşınlar var.

Hazırda şiddətli döyüşlərin getdiyi bildirilir, itkilər barədə məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью