Ukrayna Leninqrad vilayətinə zərbə endirib, iki emal qurğusu sıradan çıxarılıb

14.08.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Müdafiə Qüvvələri avqustun 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətindəki "NOVATEK-Ust-Luqa" kompleksinə zərbə endirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqramda məlumat yayıb.

"Yanğın qeydə alınıb. İlkin məlumata görə, iki emal qurğusu vurulub", – məlumatda bildirilib.

Dəyən ziyanın miqyası və zərbənin nəticələri dəqiqləşdirilir.

"NOVATEK-Ust-Luqa" sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün nəzərdə tutulmuş istehsalat kompleksidir. Onun gücü ildə təxminən 8 milyon ton xammal təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью