Ukrayna “Lukoil”in Xəzərdəki neft platformasına zərbə endirib

20.12.2025

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Ukrayna Təhlüksəzilik Xidmətinin uzaqmənzilli pilotsuz uçuş aparatları Xəzər dənizində Rusiyanın “Lukoil” şirkətinə məxsus sayca üçüncü neftçıxarma platformasını vurub.

Bu barədə “Unian“ xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu dəfə “Rakuşeçnoye” yatağında yerləşən qazma qurğusu hücuma məruz qalıb.

Paylaşılan videolarda qaz-turbin qurğusuna uğurlu zərbənin qeydə alındığı görünür.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью