Ukrayna “Lukoyl”un zavodunu vurdu VİDEO

25.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın dərinliklərində yerləşən strateji və hərbi-sənaye obyektlərinə zərbələr endirməkdə davam edir.

“Yeni Sabah” xəbər verir ki, Ukrayna ordusu Perm şəhərində yerləşən "Lukoyl" şirkətinə məxsus neft emalı zavodunu hədəf alıb. Hücum nəticəsində müəssisənin ərazisində güclü partlayış və yanğın baş verib.

Sözügedən neft emalı zavodu Rusiya hərbi maşınının və ordunun yanacaq təminatında mühüm rol oynayan əsas obyektlərdən biri hesab olunur. Zərbə nəticəsində dəymiş ziyanın miqyası və tələfat barədə dəqiqləşdirmələr aparılır. pizza mizza

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью