Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini İqor Jovkva “Euronews”-a verdiyi eksklüziv müsahibədə Ukrayna liderinin 23 oktyabrda Budapeştə səfər etmək üçün dəvət aldığını təsdiqləyib. Zelenski ilə Magyar arasında ilk rəsmi ikitərəfli görüşün Brüsseldə keçirilməsi planlaşdırılır.
Vladimir Zelenskinin gələn həftə Budapeştə səfəri və Macarıstan İnqilabının 70 illiyi ilə bağlı tədbirlərdə iştirakı gözlənilir.
Hələ rəsmi olaraq təsdiqlənməmiş səfər Kiyev və Budapeştin illərdir davam edən diplomatik gərginliklərdən sonra münasibətlərini “yenidən qurmağa” çalışdıqları bir vaxta təsadüf edir. Bu gərginlik Ukraynanın Aİ üzvlüyünə gedən yoluna dəfələrlə mane olub.
“Biz dəvət aldıq. Macarıstan İnqilabının 70 illiyinə həsr olunmuş tədbir oktyabrın 23-də keçiriləcək”, - deyə Jovkva bildirib. - Ukrayna prezidenti iştirak etmək üçün dəvət alıb. Görək necə olacaq”.
P.ƏMİRCANOV
XQ