Ukrayna Macarıstanda seçkilərə müdaxilə edir Orban

24.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı ölkəsində keçirilən seçkilərə "açıq müdaxilədə" günahlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Orbanın sözlərinə görə, ukraynalılar hücuma keçiblər.

"Onların məqsədi maliyyə resursları əldə etmək və mümkün qədər tez Avropa İttifaqına daxil olmaqdır. Avropa İttifaqının üzvü olaraq Macarıstanın "yox" demək hüququ var. Vətənpərvər hökumətimiz açıq şəkildə "yox" deyir. Macarıstan ailələrinin pullarının Ukraynaya göndərilməsini və Macarıstanın müharibəyə cəlb olunmasını istəmirik. Macarları təhdid etmək və ya qorxutmaq mümkün olmadığını göstərməliyik. Biz qorxaq deyilik. Brüssellə birlikdə Kiyevə də açıq bir mesaj göndəririk: pul ödəməyəcəyik", - deyə Macarıstanın Baş naziri "X" sosial şəbəkəsində yazıb.

Aynur Babazadə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью