Ukrayna Macarıstanın vasitəçiliyindən İMTİNA ETDİ: “Orbana ehtiyacımız yoxdur”

17.12.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Macarıstanın Baş naziri Viktor Orbana vasitəçi kimi ehtiyacımız yoxdur. Bu alınmayacaq, onu yaxınımıza buraxmayacağam. Bizim ABŞ ilə birbaşa əlaqələrə ehtiyacımız var”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir:
“Orban Rusiya lideri Vladimir Putinə necə təzyiq edəcək? Onun bizimki kimi ordusu varmı? Necə edəcək, gülümsəyərək?! Qoy vasitəçiliyini özü üçün saxlasın”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью