Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, Ukrayna dronları Mahaçqala şəhərinə hücum ediblər.
Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun məlumatına görə, dronlar müəssisələrin birinə hücum etməyə cəhd ediblər.
Ukrayna mediası isə hədəfin neft emalı zavodu olduğunu yazıb.
Melikovun yazılı açıqlamasında deyilir: "Bu gün Dağıstan ərazisinə düşmən dronlarının hücumu olub.
Onların hədəfi respublikanın müəssiələrindən biri olub. Hazırda qurbanların və ya zərərçəkənlərin olduğu barəsində məlumat yoxdur.
Dağıntılar barəsində informasiya dəqiqləşdirilir. Hadisə yerində məsul xidmətlər fəaliyyət göstərirlər.
Vətəndaşların və obyektlərin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür".