Ukrayna Maskı təkzib etdi: Biz hücum etməmişik!

11.03.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna X sosial şəbəkəsinə kiberhücumda əli olduğunu inkar edir.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri Aleksandr Merejko bildirib.

“Ukrayna X-ə kiberhücumda qətiyyən iştirak etmir. Belə bir hücumun təşkili Ukraynanın maraqlarına uyğun deyil”, - Merejko bildirib.

“Nyusvik” Fələstin tərəfdarı olan “Dark Storm Team” haker qrupunun X-a kütləvi hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Qeyd edək ki, İlon Mask X-a kütləvi kiberhücumda Ukrayna İP ünvanlarının iştirak etdiyini bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью