Ukrayna MDB sazişindən çıxır

20.08.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ukrayna Ali Radasında MDB ilə tikinti lisenziyalarının qarşılıqlı tanınması haqqında sazişdən çıxmaq barədə qanun layihəsi qeydiyyata alınıb.

Teleqraf xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

“Ukrayna Nazirlər Kabineti Ali Radada “Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin lisenziyalaşdırma orqanları tərəfindən verilən tikinti fəaliyyəti üçün lisenziyaların qarşılıqlı tanınması haqqında Sazişdə iştirakın dayandırılması haqqında” qanun layihəsini qeydiyyata alıb”, - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью