Ukrayna məxsus daha 16 PUA məhv edilib

12.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Gecədə Hava Hücumundan Müdafiə Qoşunları Çeçenistan Respublikası və Şimali Osetiya Respublikası da daxil olmaqla Rusiyanın regionları üzərində Ukraynaya məxsus 16 təyyarə tipli pilotsuz təyyarəni məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Dörd PUA Kursk vilayəti, biri Çeçenistan Respublikası, üçü Şimali Osetiya-Alaniya Respublikası və 8-i Krım Respublikası ərazisi üzərində məhv edilib”, - deyə məlumatda bildirilir.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью