Ukrayna millisi Bakıya məğlub gəlir

06.09.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı D qrupunda daha bir oyun keçirilib. 

QOL.az xəbər verir ki, Ukrayna millisi Polşada Fransa ilə üz-üzə gəlib. Hər hissədə bir qol vuran fransızlar seçmə mərhələyə qələbə ilə başlayıblar. 

Ukrayna - Fransa - 0:2
Qollar:
Mişel Olise, 10, Kilian Mbappe, 82

Qeyd edək ki, Ukrayna millisi seçmə mərhələdə ikinci oyununu Bakıda millimizə qarşı keçirəcək. Sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş 20:00-da start götürəcək. 

Xatırladaq ki, milli komandamız ilk matçında səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью