Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Ukrayna millisinin UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində Gürcüstan yığması ilə ev oyununu harada keçirəcəyi bəlli olub.
QOL.az Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun Slovakiyanın Koşitse şəhərində keçiriləcək.
Qarşılaşma noyabrın 17-də Koşitse Futbol Arenasında oynanılacaq və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Ukrayna millisi Gürcüstanla görüşdən əvvəl, noyabrın 14-də səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.
Xatırladaq ki, Ukrayna millisi Rusiya ilə münaqişə səbəbindən ev oyunlarını əvvəl Polşada, daha sonra İspaniya, Çexiya, Almaniya və Slovakiyada keçirib.