Ukrayna millisinin antirekordu

03.10.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna millisinin antirekordu

Ukrayna millisi UEFA Millətlər Liqasında Şimali İrlandiyaya 0:3 hesabı ilə məğlub olub.

QOL.az footbal.ua-ya istinadən xəbər verir ki, bu nəticə Ukrayna yığmasının nominal ev sahibi olduğu rəsmi oyunlar üçün antirekorddur.

Belə ki, Ukrayna millisi tarixində ilk dəfə nominal ev sahibi statusunda keçirdiyi rəsmi qarşılaşmada üç top fərqi ilə uduzub. Daha əvvəl komanda öz meydanı sayılan oyunlarda heç vaxt iki qoldan artıq fərqlə məğlub olmayıb.

Qeyd edək ki, Ukraynada beynəlxalq oyunların keçirilməsi mümkün olmadığından Şimali İrlandiya ilə görüş Slovakiyanın Trnava şəhərində baş tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью