Ukrayna millisinin hücumçusu “Trabzonspor”a keçib AZƏRTAC

22.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 yanvar, AZƏRTAC

Türkiyənin “Trabzonspor” komandası Ukrayna millisinin və “Şaxtyor”un futbolçusu Daniil Sikan ilə anlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə 23 yaşlı hücumçunun özü məlumat verib. Futbolçu tezliklə müqavilə bağlayacağını bildirib.

Daniil Sikan bu mövsüm “Şaxtyor”un heyətində 18 oyunda 4 qol vurub. O, Ukrayna millisində keçirdiyi 7 matçda 1 qolla yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью