Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsi barədə danışan Ukrayna millisinin kapitanı Nikolay Matviyenko D qrupunun ikinci turunda Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçəni də xatırlayıb.
Sportal.az xəbər verir ki, “sport.ua” portalına danışan ukraynalı futbolçu paytaxtımızdakı xal itkisi barədə danışıb: "Qələbə qazanmaq istəyimiz yox kimi görünə bilər.
Bir komanda meydana çıxanda məqsəd sadəcə kimisə ötüb keçmək deyil. Rəqibi öyrənirsən, oyun planın olur.
Amma rəqib yaxınlaşanda qaçacaq yer qalmır. Topu tez bir zamanda hərəkət etdirməyə, onu ötürmək üçün boşluqlar axtarmağa çalışdıq.
Çünki yenə də Azərbaycan komanda olaraq müdafiə olunurdu. Bunu bəhanə kimi istifadə etməyəcəyəm ki, Bakıdakı meydançanın keyfiyyəti topu tez
Rəqibimiz bundan istifadə etdi. Həqiqətən də qalib gəlmək istəyirdik. Bu, futbolda tez-tez baş vermir, amma olur.
Bəli, qol vurduq, amma heç vaxt unutmaq olmaz ki, rəqib də ən yaxşı keyfiyyətləri ilə oynamağa çalışır.