Ukrayna millisinin lideri Bakıda Dünya kubokunda | Icma.az
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın bədii gimnastika komandasının aprelin 18-20-də Bakıda keçiriləcək Dünya kuboku üçün heyəti müəyyənləşib.
İdman.biz xəbər verir ki, Taisiya Onofriyçuk və Polina Karika Milli Gimnastika Arenasında fərdi yarışlarda çıxış edəcəklər.
Bu yaxınlarda "Grand Prix Thiais" turnirinin qalibi olan Onofriyçuk vaxtilə Avropa çempionatının bürünc medalını qazanıb və 9-cu yeri tutduğu Paris Olimpiadasında iştirak edib.
Kira Şirikina, Valeriya Şeremeta, Diana Baeva, Yelizaveta Azza, Aleksandra Yuşak və Leyla Yusifzadənin də daxil olduqları qrup komandası da Ukraynanı Bakıda təmsil edəcək.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu