Ukrayna milyarder Mordaşovun supermarket şəbəkəsini hədəf seçib

04.08.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, neft emalı zavodlarına, Wildberries və Ozon logistika mərkəzlərinə edilən hücumlardan sonra Ukrayna Silahlı Qüvvələri dronlar üçün yeni bir hədəfi ərzaq anbarlarını hədəf seçərək zərbə endirir.

4 avqust tarixində Ukrayna dronları ilk dəfə milyarder Aleksey Mordaşovun Severgroup şirkəti tərəfindən idarə olunan, 7000-dən çox mağazası olan ölkənin ən böyük supermarket şəbəkələrindən biri olan “Lenta”nın paylama mərkəzinə hücum edib.

Şirkətdən “Fontanka”ya verilən məlumata görə, yerli vaxtla səhər saat 5 radələrində “Lenta”nın Leninqrad bölgəsindəki mərkəzinə dron hücumu olub. Nəticədə yanğın baş verib və yanğının söndürülməsi təxminən dörd saat çəkib. Şirkət işçilərindən biri yanıq xəsarətləri alıb.
Hücumdan sonra paylama mərkəzi müvəqqəti olaraq təchizatçılardan mal qəbulunu dayandırıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью