Ukrayna minerallarla bağlı razılaşmaya düzəliş etdi

22.02.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna ABŞ-a faydalı qazıntılarla bağlı sazişə düzəlişlər təklifi göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “ Fox News” telekanalının jurnalisti Ceki Haynrik məlumat yayıb.

“Minerallarla bağlı danışıqlarda iştirak edən mənbə xəbər verir ki, Ukrayna tərəfi razılaşmanın mətninə təklif əlavə edib və ABŞ-a göndərib.

Gələcək qərarlar barədə konkret məlumat hələ ki yoxdur”, – deyə jurnalist əlavə edib.

Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” qeyd etmişdi ki, Kiyevlə ABŞ minerallarla bağlı razılaşmanı fevralın 22-də imzalaya bilərlər. Nəşrin iddiasına görə, ABŞ-ın hərbi yardımların kompensasiyası qismində minerallara sahib olmaq hüququnu irəli sürüb və bu razılaşma artıq nəticəyə varmaqdadır.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью