Ukrayna Minifutbol Federasiyasının vitse prezidenti: Dünya çempionatının təşkilatçılığı yüksək səviyyədədir

27.05.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti Denis Suxoruk Bakıda təşkil olunan dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, funksioner bu barədə "Report"a açıqlama verib.

O, yarışın çox yaxşı təşkil olunduğunu bildirib: "Burada hər şey yüksək səviyyədədir. Bakıya ilk dəfədir gəlirəm. Məndə yalnız xoş xatirələr qalacaq. Müxtəlif ölkələri, insanları burada gördüyümüz üçün şadıq. Ölkə vətəndaşlarının bu mundiala cəlb edilməsi çox gözəldir. Şəhəri gəzirik, Bakıda turnirlə bağlı afişalar görürük".

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью