Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna ordusunun Azov briqadası Donetsk bölgəsində Pokrovska doğru irəliləyən Rusiya hərbi karvanını hədəfə alıb.
Ölkə.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində 1730 rus əsgərinin zərərsizləşdirilib, yüzlərlə hərbi texnikanın məhv edilib.
Nazirliyin dron görüntüləri bütün karvanı məhv edildiyi anın videogörüntülərini paylaşıb.
Görüntülərdə qarla örtülü yolda hərəkət edən Rusiya zirehli texnikalarının və hərbi yük maşınlarının uzun bir karvanı görünür.
Azov briqadası hədəfləri müəyyən etdikdən sonra karvana qarşı dəqiq hava hücumları həyata keçirib.
Videodan da göründüyü kimi, ilk hücumdan sonra karvandakı bir nəqliyyat vasitəsi alovlanır və sonrakı zərbələr digər nəqliyyat vasitələrini də hədəf alır. Hücumlar nəticəsində karvandakı çoxsaylı nəqliyyat vasitələrinin alovlandığı, partladığı və istifadəyə yararsız hala düşdüyü müşahidə edilir.
Pokrovsk döyüş xətti hazırda Rusiyanın Donetsk bölgəsində irəliləməyə davam etmək üçün intensiv hücum əməliyyatlarına başladığı ən vacib cəbhələrdən biri kimi tanınır.
Mürtəza