Ukrayna MN: Rusiya müdafiə müəssisələri Ukrayna sərhədindən 750 km məsafədə yerləşir | Icm…
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya müdafiə-sənaye kompleksinin əksər müəssisələri Ukrayna sərhədindən 750 kilometrdən çox məsafədədir.
Hazırda Rusiya yeni müəssisələri 1500-2000 km məsafədə inşa edir.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəis müavini Vadim Skibitski “Ukrinform”a müsahibəsində bildirib.
“Ən yaxın güclü müəssisələr 750 km və daha uzaq məsafədə yerləşdirilib. Yalnız 25%-i 250-500 km məsafədədir”, - deyə o vurğulayıb.
Skibitskidən Rusiyanın bu müəssisələri mümkün qədər sərhəddən uzaqlaşdırıb-uzlaşdırmadığını soruşduqda, o, belə bir hal müşahidə edilmədiyini, lakin yeni müəssisələrin artıq xeyli uzaqda tikildiyini söyləyib.
“Biz müəssisələrin köçürülməsini görmürük, lakin 1500-2000 km məsafədə yeni müəssisələrin yaradıldığını qeydə alırıq.
Onların sayı çoxdur və istehsal proseslərini dayandırmaq və ya pozmaq üçün bizim uzaqmənzilli zərbələrimiz lazımdır”, – Skibitski izah edib.
Tam oxu
Xəbəri oxu