Ukrayna Moskva ətrafında hərbi sənaye kompleksi müəssisəsinə zərbə endirib

20.07.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ukrayna "Rostex" dövlət korporasiyasının strukturuna daxil olan və Moskva ətrafındakı Podolsk şəhərində yerləşən Mərkəzi Dəqiq Maşınqayırma Elmi-Tədqiqat İnstitutuna pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Bu barədə "Report" Ukrayna mediasına istinadən xəbər verir.

Məlumata görə, Klimovsk mikrorayonundakı müəssisə zərbəyə məruz qalıb, bundan sonra onun ərazisində yanğın baş verib.

Həmin institut atıcı silahların, döyüş təchizatının və döyüş sursatlarının hazırlanması üzrə ixtisaslaşıb. Müəssisədə xüsusilə "Ratnik" döyüş təchizatı, "Val" avtomatı, "Vintorez" snayper tüfəngi və SR-1 "Gürza" tapançası hazırlanır.

İnstitut Avropa İttifaqı, ABŞ, Ukrayna, Kanada, Yaponiya, İsveçrə və Yeni Zelandiyanın sanksiyaları altındadır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью