Ukrayna Moskva vilayətini vurdu: 26 yaralı Video

18.07.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat yayıb.

O bildirib ki, Ukrayna ordusunun Moskva vilayətindəki Elektrostal və Noqinsk şəhərlərinə hücumları nəticəsində 26 nəfər xəsarət alıb.

Qubernator Noqinskdəki neft anbarında və Elektrostaldakı “Wildberries” anbarında yanğınların baş verdiyini təsdiqləyib.

Onun sözlərinə görə, hər iki obyektə Ukrayna dronları düşüb və nəticədə yanğın başlayıb:

“Təhlükəsizlik məqsədilə hadisə yerinin yaxınlığında yerləşən doğum evi təxliyə edilib. Bütün xəstələr və işçilər dərhal digər tibb müəssisələrinə köçürülüb”.

Qubernator əlavə edib ki, Moskva vilayətində bir gecədə 48 Ukrayna dronu vurulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью