Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna ordusu Moskva vilayətinin Serpuxov şəhərində Müdafiə Nazirliyinə məxsus “75 Arsenal” zavoduna PUA və raket zərbələri endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində partlayış və yanğınlar qeydə alınıb.
Qeyd edək ki, zavod silah və sursat istehsalı, eləcə də hərbi texnikanın, artilleriya sistemlərinin və hava hücumundan müdafiə vasitələrinin – o cümlədən “Buk-M1”, “Buk-M2” və “S-300V” zenit-raket sistemlərinin təmiri və bərpası ilə məşğuldur.