Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsini Kiyev Rus dövlətinin varisi adlandırıb və Ukraynanın tarixi irsinin qədimliyini vurğulayıb.
Modern.az xəbər verir ki, Zelenski Ukraynada minillik tarixi olan kilsələrin mövcudluğundan danışıb.
“Ukraynada min il yaşı olan çox gözəl kilsələr var. Bunlar ukraynalıların, öz işinin əsl ustalarının naxışlarla bəzədiyi Ukrayna kilsələridir”, – o bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev Rus dövləti Avropada yaxşı tanınıb, inkişaf etmiş mədəniyyətə, öz incəsənətinə və ənənələrinə malik olub.
“Ukrayna Kiyev Rus dövlətinin varisidir. O vaxt Rusiyanın heç adı-sanı da yox idi. Rusiya meydana çıxanda Ukrayna artıq mövcud idi”, – Ukrayna Prezidenti qeyd edib.