Ukrayna müdafiə naziri Rustem Umerov İstanbulda aparılan danışıqların təfərrüatını açıqladı

16.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Ukrayna tərəfi danışıqlar zamanı ilk növbədə atəşkəs məsələsini müzakirə edib".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarını şərh edərkən deyib.

"Biz tərəfdaşlarımızla danışdıq və danışıqlarımızın məqsədi atəşkəs idi", - deyə o bildirib.

Umerov, həmçinin danışıqlar zamanı 1000/1000 formuluna əsasən məhbusların dəyişdirilməsi ilə bağlı da razılığın əldə olunduğunu iddia edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью