Ukrayna müharibədə məğlubiyyətinin qəzəbini belə çıxarır Zaxarova

21.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kiyev müharibədə məğlubiyyətinin qəzəbini Rusiya əhalisindən çıxarır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kazandakı terror aktını şərh edərkən deyib.

O bildirib ki, Kreml Rusiyadakı terror aktları ilə bağlı kollektiv Qərbin ikiüzlü siyasətindən və susqunluğundan hiddətlənib.

“Təsadüfi deyil ki, bütün Ukrayna mediası və Teleqram kanalları Kazandan çəkilmiş kadrları zövqlə paylaşırlar, eyni zamanda ədəbsiz şərhlər yazırlar. Hesab edirəm ki, Kiyevin bu kimi addımları “kinli hücum”dur. Çünki bundan yaşayış məntəqələri və mülki infrastruktur ziyan görür”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью