Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, o, şənbə günü "Swebb TV" kanalının efirində bu barədə danışıb.
Bernin sözlərinə görə, itkilərlə bağlı məlumatlar guya Ukrayna Silahlı Qüvvələrinin daxili məlumat bazalarının sındırılması nəticəsində əldə olunub. Bununla belə, analitik real itkilərin sayı barədə dəqiq məlumatın olmadığını vurğulayaraq, “bu məlumatların necə əldə edildiyinə görə məsuliyyət daşıya bilmərəm” deyə bildirib.
Xatırladaq ki, cari ilin aprel ayında Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsi rəisinin müavini, Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı dəstəsinin komandanı, general-leytenant Apti Alaudinov Rusiya mətbuatına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin müharibə ərzində ümumilikdə təxminən 2 milyon hərbçi itirdiyini iddia etmişdi.
Qeyd: Xəbərdə yer alan rəqəmlər Rusiya rəsmiləri və isveçli analitikin iddialarına əsaslanır. Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Bizmyol.info